Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq


Mars

Bu gün, iyulun 31-də «qırmızı planet» (Mars) Yerə ən yaxın məsafədə olacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər.

Verilən məlumata görə, bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq: «Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. «Qırmızı planet» səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək».

Məlumatda vurğulanır ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Bu hal qışda baş verərsə, planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında 50-60 milyon kilometrədək qısalır.

«Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir», - məlumatda yazılıb.

Sonuncu belə böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib və bu zaman yaxınlaşma 55.8 milyon kilometrə çatıb.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 16-na təsadüf etməsi gözlənilir. Bu il isə həmin yaxınlaşmanın Ay tutulması ilə tam üst-üstə düşəcəyi və bir saat 44 dəqiqə davam edəcəyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG