Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 16:24

'Fitch' Azərbaycanın reytinqini açıqlayıb


Fitch Ratings

«Fitch» Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb. Reytinq üzrə proqnoz «stabil» olaraq BB+ səviyyəsində təsdiq olunub.

Bu barədə agentliyinin press-relizində bildirilir.

«Fitch» qeyd edir ki, BB+ reytinqi güclü xarici balans və neftin yüksək qiymətindən gələn gəlirlər hesabına aşağı dövlət borcunu əks etdirir.

Beynəlxalq agentlik 2017-ci ilin sonuna Azərbaycanın xalis xarici aktivlərini ümumi daxili məhsulun (ÜDM) 81 faizi həcmində qiymətləndirib.

«2018-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 5.1 faiz artaraq 37 milyard dollara çatıb», - press-relizdə yazılır.

Agentlik neftin qiymətinin düşməsi, milli valyuta məzənnəsinin devalvasiyası və fiskal siyasətinin ( büdcə-vergi) sərtləşdirilməsindən sonra Azərbaycan iqtisadiyyatının yavaş-yavaş bərpa olunduğunu vurğulayıb. Eyni zamanda, «Fitch» inflyasiyanın 2017-ci ilin sonundakı 12.9 faizdən 2018-ci ilin mayında 3.2 faizə düşməsini qeyd edib.

«2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 2 faiz olacaq. Qeyri-neft sektorunun artım templəri tədricən yüksəlir. Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin tədricən olacağını gözləyirik», - agentlik bildirib.

Multimedia

XS
SM
MD
LG