Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Soçidə Suriyanı müzakirə edəcəklər


Suriyada məcburi köçkünlər
Suriyada məcburi köçkünlər

İyulun 30-31-də Rusiyanın Soçi Qara dəniz kurort şəhərində Suriya danışıqları keçiriləcək. Danışıqları Qazaxıstanda periodik sülh danışıqlarına sponsorluq edən Rusiya, İran və Türkiyə aparacaq.

Rusiya Xarici İşlər Nazirliyinin iyulun 29-da bildirməsinə görə, tərəflər Suriya konstitusiya komitəsinin yaradılmasını, Suriyada yaradılan de-eskalasiya zonalarını, humanitar məsələləri müzakirə edəcəklər.

TASS dövlət xəbər agentliyi yazır ki, Rusiya nümayəndə heyətinə Kremlin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev rəhbərlik edəcək. İranın xarici işlər nazirinin müavini Hossein Ansari və türkiyəli həmkarı Sedat Onal-ın da danışıqlara qatılacağı gözlənir.

TÜRKİYƏ DƏ SAMMİT KEÇİRƏCƏK

TASS BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura-nın, iordaniyalı təmsilçilərin də müşahidəçi qismində qatılacağını yazır. Məlumata görə, ABŞ rəsmiləri danışıqlara getməyəcək.

Astanada Suriya danışıqları
Astanada Suriya danışıqları

Suriya münaqişəsində fərqli tərəfləri dəstəkləyən Türkiyə, Rusiya və İran ötən il Qazaxıstanın paytaxtı Astanada sülh prosesinə başlayıblar. Bu müzakirələrdə əsasən atəşkəs və de-eskalasiya zonaları müzakirə olunur.

BMT isə Cenevrədə keçirilən sülh danışıqlarına sponsorluq edir.

Türkiyə iyulun 29-da bildirib ki, sentyabrın əvvəlində Fransa, Almaniya və Rusiya ilə sammit keçirəcək, Suriya münaqişəsi və regional məsələləri müzakirə edəcək.

Türkiyə mediasının iyulun 29-da yazdığına görə, prezident Recep Tayyip Erdogan görüşün sentyabrın 7-də İstanbulda keçiriləcəyini söyləyib.

Hələlik, Moskva, Paris və Berlindən bu görüşlə bağlı təsdiq gəlməyib.

Rusiya və İran Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində prezident Bashar al-Assad rejimini dəstəkləyir. Bu müharibədə yüz minlərlə adam öldürülüb, milyonlarla suriyalı evindən didərgin düşüb.

Türkiyə isə Birləşmiş Ştatlar, Fransa və Almaniya ilə birlikdə üsyançı qrupları dəstəkləyir. Ancaq onlar ayrı-ayrı qrupları dəstəkləyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG