Rusiyanın Yaroslavl şəhərindəki yerli kolonda saxlananlara işgəncə verməkdə şübhəli bilinən 8-ci polis saxlanıb.
O, təhlükəsizlik şöbəsinin kiçik müfəttişi Ruslan Tsvetkov-dur.
Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti iyulun 28-də TASS agentliyinə istinadla məlumat veir.
Bundan əvvəl bu işlə bağlı 1-ci kolonon 6 əməkdaşı saxlanıb.
Kolonun rəis müavini İvan Klashnikov isə hazırda ev dustağıdır.
“Novoe qazeta”-nın həmin insidentin videosunu yayması ölkədə böyük rezonans doğurub.
Videoda Kolonun əməkdaşları müttəhimin paltarını çıxararaq onu dəyənəklərlə döyür, sonra isə üstünə su tökürlər.
Buna da bax:"İşgəncə videosundan sonra həbsxanalarla bağlı araşdırma başlanıb"
Bu insident 1 il əvvəl olub.
Amma həmin vaxt videonu araşdırmış müstəntiq cinayət işi qaldırmaqdan imtina edib.