Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:32

Zorlanma hadisəsindən sonra polis əməkdaşları işdən çıxarılıb


Huvaido Tillozoda-nın dəfni

Rusiyanın Serpuxov şəhərində 5 yaşlı tacik qızın zorlanaraq öldürülməsindən sonra dörd polis əməkdaşı işdən çıxarılıb. Onlar hazırda əsas şübhəli sayılan şəxsi bir il öncə həbs etməməkdə suçlanırlar.

Moskva regional polisinin sözçüsü Tatyana Petrova iyulun 26-da deyib ki, Serpuxov polisinin rəhbəri də məzuniyyətdən qayıdan kimi işdən çıxarılacaq.

Petrova-nın deməsinə görə, polis əməkdaşları daxili təhqiqat nəticəsində işdən çıxarılıblar. İstintaq Serpuxov polis şöbəsinin bir kişinin ötən il oyun meydançasında ki qıza qarşı seksual hərəkətlər etməsinə dair şikayətləri araşdırmadığını üzə çıxarıb.

27 yaşlı həmin şəxs iyulun 23-də saxlanıb. O, beş yaşlı Huvaido Tillozoda-nı zorlamaqda və öldürməkdə ittiham olunur.

Miqrant fəhlə ailəsinin övladı olmuş Tillozoda-nın cəsədi iyulun 23-də Serpuxovdakı dəmiryolu yaxınlığında idman çantasında tapılıb.

XS
SM
MD
LG