Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:10

Yuri Khachaturov da ittiham olunur


Yuri Khachaturov dindirilmədən öncə
Yuri Khachaturov dindirilmədən öncə

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ermənistanlı rəhbərinə də ittiham irəli sürülüb. Keçmiş ordu generalı Yuri Khachaturov Yerevanda 2008-ci ildə seçkisonrası etirazlarla bağlı ittiham olunur.

Xüsusi İstintaq Xidməti (XİX) Khachaturov-u iyulun 26-da dindirib və ona “konstitusion quruluşun devrilməsi”ndə iştirak ittihamı irəli sürülüb. XİX bu gün yaydığı bəyanatda Yerevan məhkəməsindən Khachaturov barəsində həbs qətimkan tədbiri verilməsinə dair vəsatət qaldırdığını bildirib.

XİX eyni ittihamı keçmiş prezident Robert Kocharian-a da irəli sürüb. Kocharian 2008-ci il martın 1-2-də müxalifət etirazlarının zorakılıqla dağıdılmasına göstəriş verib. Səkkiz etirazçı və iki polis əməkdaşının həlak olduğu həmin etirazlardan bir ay sonra Kocharian vəzifədən gedib. Ancaq o, özünə qarşı irəli sürülmüş ittihamları siyasi motivli adlandırıb.

***Buna da bax: Keçmiş prezident Koçaryana qarşı rəsmi ittiham irəli sürülür

XİX iyulun 3-də keçmiş müdafiə naziri Michael Harutiunian-a qarşı 1 mart hadisəsi ilə bağlı cinayət işinin qaldırıldığını, keçmiş nazir barədə axtarış elan olunduğu bildirib. Bundan əvvəl məhkəmə qiyabi olaraq onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. XİX iddia edir ki, Harutiunian etirazçılara qarşı silahlı qüvvələrdən qanunsuz istifadə edib və bu da dövlət çevrilişinə bərabərdir.

KHACHATUROV MÜHAKİMƏ OLUNACAĞINI GÖZLƏMİRDİ

Khachaturov isə 2008-ci ilin martında müdafiə nazirinin müavini olub. Prezident postuna yeni seçilmiş Serzh Sarkisian 2008-ci ilin aprelində onu ordunun baş qərargah rəisi təyin edib.

Yerevan, 2 mart, 2008-ci il
Yerevan, 2 mart, 2008-ci il

65 yaşlı Khachaturov dindirilmədən öncə AzadlıqRadiosu-nun erməni xidmətinə (Azatutyun.am) deyib ki, 2008-ci il hadisələrinə görə təqib olunacağını gözləmir.

O, 2008-2016-cı illərdə Ermənistan ordusunun baş qərargah rəisi olub. 2017-ci ilin aprelindən KTMT-nin baş katibidir.

KTMT üzvləri, hələlik, Khachaturov-a qarşı cinayət təqibinin başlanmasını şərh etməyiblər.

XİX ittihamlarını müdafiə naziri Harutiunian-ın orduya verdiyi gizli göstərişlə əsaslandırır. Hərbi bilrəşmələrin Yerevana Kocharian 2008-ci il martın 1-də axşam fövqəladə vəziyyət elan etməmişdən girdiyi bildirilir. XİX bunun Konstitusiyanı pozduğunu qeyd edir, belə ki, Konstitusiya ölkənin silahlı qüvvələrinin siyasi baxımdan neytrallığını təmin edir.

İndiki baş nazir Nikol Pashinian ölkənin ilk prezidenti Levon Ter-Petrosian-ın təşkil etdiyi etirazlarda mühüm rol oynayıb, 1 mart etirazlarında əsas çıxışçı olub. O, sonradan “kütləvi iğtişaşlar”ın təşkilinə görə iki ilədək həbs cəzası çəkib.

XİX-in bu vəzifəyə Pashinian tərəfindən təyin edilmiş başçısı Sasun Khachatrian iyunun sonlarında bəyan etmişdi ki, onun rəhbərlik etdiyi qurum 1 mart hadisəsini “açmaq” üçün siyasi iradəyə malikdir.

XS
SM
MD
LG