Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Həbsdəki vəklindən Trumpa qarşı yeni iddia


Michael Cohen (solda) və Donald Trump
Michael Cohen (solda) və Donald Trump

"ABŞ prezidenti Donald Trump 2016-cı ilin iyununda köməkçiləri ilə Rusiya nümayəndə heyətinin görüşü barədə öncədən bilgili imiş" - ABŞ mediasının məlumatına görə, bunu Trump-ın keçmiş vəkili söyləyib. Həmin görüşdə Trump-ın seçki kampaniyası üzvlərinə rəqibi Hillary Clinton-a ziyan vuracaq informasiya ötürüldüyü bildirilir.

CNN və NBC-nin bildirməsinə görə, Trump-ın keçmiş vəkili Michael Cohen iddia edir ki, Trump-ın oğlu kiçik Donald Trump atasına rusiyalıların görüş təklifi barədə danışanda və Trump görüşə razılıq verəndə orda olub.

DƏLİL YOXDUR

Cohen özü hazırda istintaq altındadır və prezidentlə yollarını ayırıb. Media ona istinadla yazır ki, bu məslə barədə xüsusi prokuror Robert Mueller-ə ifadə verməyə hazırdır. Mueller Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

Paul Manafort
Paul Manafort

Cohen-in bu iddiası təsdiqlənərsə, bu, Trump-ın kampaniyası ilə Rusiyanın əlbirliyinin sübutuna doğru vacib addım olar. Rusiyanın Trump-ın prezident seçkisini udmasına köməklik göstərdiyi iddia edilir. Mueller-in istintaqının əsas hədəfi də bu məqamdır.

Amma CNN-in mənbələrə istinadən bildirməsinə görə, Cohen-in əlində audioyazı, yaxud iddiasını əsaslandıracaq başqa dəlil yoxdur.

Trump, oğlu, vəkilləri və administrasiyanın digər rəsmiləri dəfələrlə deyiblər ki, prezidentin bu görüşdən xəbəri olmayıb. Görüş barədə xəbər ilk dəfə 2017-ci ilin iyulunda yayılıb.

2016-cı il iyunun 9-da Trump-ın oğlu, kürəkəni Jared Kushner, seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafot Nyu Yorkdakı Trump Tower-də Rusiyadan tanınmış vəkil Natalia Veselnitskaya ilə görüşüblər.

Rusiyadan bir vasitəçi Trump-ın oğluna deyib ki, Rusiyadan bir məmur Clinton-u ifşa edəcək sənədlər və informasiya təqdim etmək təklifi irəli sürüb. Görüşün də bu təklifə görə keçirildiyi iddia edilir.

VESELNİTSKAYA-YA İTTİHAMLAR

Veselnitskaya Trump-ın komandasıyla görüşərkən Kremlin adından hərəkət etdiyini danıb. O, Konqres üzvlərinə “hər hansı hökumət orqanından müstəqil” şəkildə hərəkət etdiyini söyləyib.

Natalia Veselnitskaya
Natalia Veselnitskaya

Amma “Associated Press”in iyulun 27-də yazmasına görə, Veselnitskaya-nın Rusiyadan yüksəkçinli rəsmilərlə daha sıx əməkdaşlıq etdiyini göstərən sənədləri görüb.

AP-nin yazmasına görə, sənədlərə xeyli email, transkript, hüquq sənədləri daxildir. Onlar Veselnitskaya-nın yaxşı əlaqələri olan vəkil olduğunu göstərir. Onun Rusiya hökumət vəkilləri ilə işlədiyi, bir işdə Rusiya Daxili İşlər Nazirliyində yüksək rütbəli rəsmilərdən kömək aldığı bildirilir.

Bu sənədlərin Rusiya müxalifətçisi Mikhail Khodorkovsky-nin Londondakı araşdırma birliyi olan Dosye Mərkəzi vasitəsilə əldə edildiyi vurğulanır. Bu təşkilat korrupsiyadan bəhrələnməkdə suçlanan rusiyalıların profilini toplayır.

AP Veselnitskaya-dan əlavə şərh ala bilmədiyini yazır. Agentlik bildirir ki, müxbirinin ona göndərdiyi mesaj “oxunmuş” kimi görünüb, amma ona cavab verilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG