Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:42

Prezidentlə görüşmək istəyən qadınları tutublar


Shavkat Mirziyoev

Özbəkistan prezidenti Shavkat Mirziyoev-ə yaxınlaşmaq istəyən altı özbək qadın həbs olunub. Həmin qadınlar ölkə başçısına özlərinin və ailələrinin polislə, prokurorla yaşadıqları problemlərdən şikayətlənmək istəyiblərmiş.

Daşkənddən hüquq müdafiəçisi Tatyana Dovlatova iyulun 25-də AzadlıqRadiosuna deyib ki, iyulun 23-də prezident aparatının qarşısına yığışmış 30 qadın saxlanıb.

Onlardan altısına sonradan kiçik xuliqanlıq ittihamıyla 15 sutkalıq həbs cəzası kəsilib. Digərləri altı saat polisdə saxlandıqdan sonra buraxılıblar.

Yakka Saroy polis şöbəsindən AzadlıqRadiosu-nun suallarını cavablandıran tapılmayıb.

Dovlatova-nın radioya deməsinə görə, qadınlar prezidentlə görüşüb ailə üzvlərinin polisdə, təcridxanalarda başlarına gələnlərdən, digər məsələlərdən danışmaq istəyiblər.

2016-cı ildə Islam Karimov-un ölümündən sonra hakimiyyətə gələn Mirziyoev məmurlarla sıravi vətəndaşları arasında açıqlığa, daha sıx münasibətlərin qurulmasına çağırıb.

Mirziyoev adamların problemlərini səsləndirməsi üçün onlayn “virtual qəbul” da yaradıb.

Dovlatova həmin qadınların onlayn sistemdə qeydiyyatdan keçə bilmədiyi üçün prezidentlə birbaşa görüşmək qərarına gəldiyini deyib.

Mirziyoev-in mətbuat xidməti də məsələni şərh etməyib, radioya həbs olunmuş qadınlar barədə məlumatı olmadığını deyib.

XS
SM
MD
LG