Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:12

Prokuror çıxarıldı, köməkçisi həbs olundu


Korrupsiya

İsmayıllı rayon prokuroru vəzifəsindən azad edilib, böyük köməkçisi isə həbs olunub. Bu barədə Baş Prokurorluğun iyulun 26-da yaydığı məlumatda deyilir. Buna səbəb kimi böyük köməkçinin rüşvət alması göstərilir.

Məlumata görə, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı böyük köməkçinin «İsmayıllı Tikinti-27» ASC-nin İdarə Heyətinin sədri Azad Əliyevdən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi bildirilir. Onun rüşvəti işadamına məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün aldığı deyilir.

Rəsmi məlumatda onun eyni məqsədlə karxana sahibi Qalib Süleymanovdan da rüşvət alması ilə bağlı şübhələr yarandığı bildirilir. F.Quliyevin rüşvət kimi aldığı pulların xidməti otağında aşkar edildiyi vurğulanır. Ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Hələlik böyük köməkçi F.Quliyevin yaxınları və ya vəkili deyilənlərlə bağlı münasibət bildirməyiblər.

İsmayıllı rayonunun sabiq prokurorunun da bununla bağlı mövqeyi bəlli deyil.

Multimedia

XS
SM
MD
LG