Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:13

Yollarda sıxlıq olacaq


Tıxac

Bakı-Sumqayıt yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. Bu, Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından keçən hissədə asfalt örtüyünün yenilənməsi işləri ilə bağlıdır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iyulun 26-da yaydığı məlumatda deyilir.

Məhdudlaşdırmanın iyulun 28-i səhər saat 10-dan iyulun 29-u səhər 5-dək davam edəcəyi deyilir.

Agentlik bildirir ki, bu müddətdə avtomobillər Beynəlxalq Avtovağzal Kompleksinin yanından Stend Atıcılığı İdman Kompleksinə gedən yol vasitəsilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Multimedia

XS
SM
MD
LG