Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 01:31

Yaxınları Yusif Səfərovdan xəbər ala bilmədiklərini deyirlər


Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?

Gəncə olaylarına görə saxlanılan şəxslər barədə yaxınlarına bilgi verilmir.

Bu haqda «Turan»ın əməkdaşına Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı basqına görə saxlanılan Yunis Səfərovun yaxınları bildiriblər.

«İndiyə kimi onunla təmas qura bilməmişik. Ona zəruri əşya və ərzaq çatdırmaq istəyirik. Hələ də bu, mümkün olmayıb. Bütün əlaqəli qurumlara, prokurorluğa, Daxili İşlər Nazirliyinə, Penitensiar Xidmətə müraciət olunub, ancaq yenə də görüş mümkün olmayıb», - yaxınları bildiriblər.

Onların sözlərinə görə, müqavilə bağladıqları vəkillər də Y.Səfərovla görüşə bilməyiblər.

«Hara müraciət ediriksə, «İşi biz araşdırmırıq, filan idarəyə müraciət edin» deyirlər. Penitensiara gedirsən, prokurorluğa göndərirlər, ora gedirsən, başqa bir idarəyə yönləndirirlər. Gəncədəki hadisələr görə həbs olunan başqalarının valideynləri də hələlik onlarla görüşə bilməyib», - Y.Səfərovun yaxınları deyib.

Onlar Penitensiar Xidmətin Kürdəxanıdakı saxlama təcridxanasına gedərək Y.Səfərovun orda olub-olmamasını araşdırmaq niyyətindədirlər.

Baş Prokurorluqdan, Penitensiar Xidmətdən Gəncə olaylarına görə həbs edilənlərin durumu, harada saxlanılmaları haqda bilgi almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb. Onun həbsindən sonra, iyulun 10-da Gəncədə 150-200 nəfərlik «radikal dini qrup»un keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bunun ardınca rəsmi qurumlar radikal dini qrupa aid 30-dan çox şəxsin saxlanılması və Y.Səfərovun onlarla bağlılığı barədə məlumat yayıblar. Aparılan əməliyyat tədbirləri zamanı müqavimət göstərən iki nəfərin isə öldürüldüyü bildirilir.

XS
SM
MD
LG