Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:17

4 min keçmiş məhbus müavinət alıb


Həbsxana

2018-ci ilin birinci yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəza çəkməkdən azad edilən 3 min 881 nəfərə birdəfəlik müavinət verib.

Bu haqda nazirliyin məlumatında deyilir.

Müavinət alan keçmiş məhkumların tibbi və sosial yardıma ehtiyacı olduğu bildirilir.

Nazirlik qeyd edir ki, cəza çəkməkdən azad edilənlərin hər birinin bank hesabına minimum əməkhaqqının 4 misli qədər, yəni 520 manat birdəfəlik müavinət ödənilib.

Rəsmi bilgilərə görə, bu ilin birinci yarısında cəza çəkməkdən azad edilənlərə verilən müavinətlər artıb. Ötən ilin birinci yarısında cəza çəkməkdən azad edilənlərin hər birinə 464 manat ödənilib.

Multimedia

XS
SM
MD
LG