Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:26

Ödənişli yollarla bağlı qaydalar təsdiqləndi


Magistral

Azərbaycanda ödənişli yollarda hərəkət qaydaları müəyyən edilib. Həmin yollarda ödənişli yolun başlaması və bitməsi ilə bağlı nişanlar quraşdırılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi «Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması»nda əksini tapır.

Məlumat və yol nişanları Azərbaycan dilində quraşdırılacaq, operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) də təqdim ediləcək.

Eyni zamanda, operator məlumatı istifadəçilərin nəzərinə internet şəbəkəsi vasitəsilə və ya ödənişin edildiyi məntəqələrdə çatdıracaq.

Azərbaycanda, hələlik, rəsmi ödənişli avtomagistral yoxdur.

Bakı-Ələt-Astara-İran yolu tam istifadəyə verildikdən sonra onun pullu olacağı nəzərdə tutulur.

Ödənişli yolun hər kilometri - minik və yük avtomobillərindən asılı olaraq, - 4-7 qəpik olacağı gözlənilir, sürət həddi isə 110 km/saat təklif edilib.

Multimedia

XS
SM
MD
LG