Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:03

Cənubi Osetiyanın ‘rəhbəri’ Suriyadadır


Anatoly Bibilov, arxiv fotosu

Suriya prezidenti Bashar al-Assad iyulun 23-də Dəməşqdə Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinin rəhbəri ilə görüşüb. İki ay öncə Suriya regionun müstəqilliyini tanıyan azsaylı ölkələrin sırasında qoşulmuşdu.

Assad-ın idarəsinin yaydığı bəyanatda deyilir ki, Anatoly Bibilov Suriyada üçgünlük səfərdədir. Görüşdə Assad ona sünni üsyançılara qarşı yeddi illik müharibədə Suriya hökumətini dəstəklədiyinə görə təşəkkür edib.

Rusiyanın yaxın müttəfiqi olan Assad iddia edib ki, separatçı region “Qərbdə hökm siyasətindən başqa bir şey bilməyən çoxunun ziddinə olaraq beynəlxalq hüququn baza və prinsiplərinə sayqı göstərir”.

Rusiyanın Interfax xəbər agentliyinin məlumatına görə, Bibilov və Assad iyulun 23-də Dəməşqdə “dostluq və əməkdaşıq sazişi” imzalayıblar.

Cənubi Osetiya və Abxaziya Gürcüstan əraziləridir, Rusiya və bir neçə başqa ölkə onların müstəqilliyini tanıyıb.

XS
SM
MD
LG