Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 01:28

Britaniya İŞİD-çilərə ölüm hökmünü ‘önləməyəcək’


Mohammed Emwazi
Mohammed Emwazi

Britaniya hökuməti İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının iki üzvünə qarşı ölüm hökmünün mümkün tətbiqini önləməyəcək. Bu xəbəri yayan mənbələr yaraqlıların Birləşmiş Ştatlarda məhkəmə qarşısına çıxarıla biləcəyini qeyd edirlər.

Bu cütlük qruplaşmanın Britaniya aksentinə görə “The Beatles” adını almış dörd üzvündən qalan ikisidir.

Onları yanvarda Suriyanın kürd döyüşçüləri ələ keçirib.

NAZİR BAŞ PROKURORA MƏKTUB YAZIB

Ölüm hökmünə qarşı çıxan Britaniya bu iki yaraqlının harada və necə mühakimə olunmasıyla bağlı Birləşmiş Ştatlarla müzakirələr aparır.

Sajid Javid
Sajid Javid

“Daily Telegraph” Britaniyanın daxili işlər naziri Sajid Javid-in Birləşmiş Ştatların baş prokuroru Jeff Sessions-a yazdığı məktubunu gördüyünü qeyd edir. Javid yazır ki, London cütlüyün edam olunmayacağına dair “təminat” istəməyəcək.

Nazirin məktubu ötən ay yazdığı bildirilir, qəzetdə iyulun 23-də dərc olunub.

Amnesty International hüquq-müdafiə təşkilatı dərhal bildirib ki, bu hal “ölüm cəzasının ləğvini təbliğ edən Böyük Britaniyanın mövqeyinə ciddi zərbə vurur”.

“Dünyada bu cəzanın getdikcə daha çox ləğv olunduğu bir vaxtda belə bir məktub... geriyə böyük addım sayılır”, – qurumun təmsilçisi Allan Hogarth deyib.

Daxili işlər idarəsinin sözçüsü hökumətin sızdırılmış sənədləri şərh etməyəcəyini bildirib.

“Jihadi John” ləqəbli Mohammed Emwazi həmin dörd nəfərdən ən tanınmışıdır. O, daha çox qərbli və yapon jurnalistlərin, humanitar yardım işçilərinin qətl videolarında yer alıb.

Onun 2015-ci ildə ABŞ-Britaniya raket zərbəsində öldürüldüyü güman edilir.

XS
SM
MD
LG