Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:38

Ərbildə hökumət binası mühasirədən çıxarılıb


İraqda mühasirəyə alınmış hökumət binası

İraqın şimalında yerləşən Ərbil kürd şəhərində təhlükəsizlik qüvvələri hökumət binasını mühasirəyə almış silahlıları öldürüblər. İraq mediası üç silahlının qətlə yetirildiyini xəbər verir.

Silahlılar Kürdüstan regional hökumətinin (KRG) yerləşdiyi binanı iyulun 23-də mühasirəyə alıb, onlarla polis arasında toqquşmalar başlanıb.

Azı bir silahlının binanın içində intiharçı hücumu gerçəkləşdirdiyi xəbər verilir.

Digərlərinin girovlar götürdüyü, girovlardan birinin ağır yaralandığı bildirilir.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

Kürd rəsmiləri silahlıların İslam dövləti (İŞİD) ekstremist qrupunun üzvləri olması ehtimalını irəli sürüblər.

İraq ötən dekabrda İŞİD üzərində qələbə çalındığını elan etsə də, qruplaşma hələ də ayrı-ayrı ərazilərə nəzarət edir.

XS
SM
MD
LG