Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:26

Erdogan Putin-lə görüşəcək


Recep Tayyip Erdogan (ortada), Vladimir Putin (sağda) və Hassan Rohani, arxiv fotosu

Türkiyə prezidenti Recep Tayyip Erdogan bu həftə Cənubi Afrikada BRICS sammitinə qatılacaq, Rusiya prezidenti Vladimir Putin-lə görüşəcək.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın üzv olduğu BRICS iyulun 25-27-də Yohannesburqda yığışacaq. Bu arada inkişaf etməkdə olan iqtisadiyyatlar potensial qlobal ticarət müharibəsinə qarşı iqtisadi siyasətlərini daha sıx koordinasiya etməyə çalışırlar.

Türkiyə BRICS üzvü olmasa da, Erdogan İslam Əməkdaşlıq Təşkilatının sədri kimi toplantıya qatılacaq.

Rusiyayla Türkiyə geosiyasi əməkdaşlığı gücləndirirlər. Suriya münaqişəsində əməkdaşlıq edirlər, Rusiya Ankaraya S-400 havadan müdafiə sistemləri satmağı planlaşdrır. Türkiyənin üzv olduğu NATO isə bu razılaşmaya qarşı çıxır.

Erdogan da Çin prezidenti Xi Jinping kimi Afrikayla münasibətləri gücləndirməyə çalışır. O, Afrikanın 20 ölkəsinə səfər edib.

Xi iyulun 22-də Rvandaya gedib. O, Şərqi Afrikanın bu ölkəsinə səfər edən ilk Çin prezidentidir.

XS
SM
MD
LG