Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:09

Mustafa Hacıbəyli 3 saat dindirilib


M.Hacıbəyli

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün, iyulun 20-də yenidən Bakı Prokurorluğunda dindirilib.

Bu haqda jurnalistin özü bildirib.

M.Hacıbəyli prokurorluqda üç saat saxlanılıb. Bundan sonra yenidən çağırıla biləcəyi elan edilməklə sərbəst buraxılıb.

«İyulun 9-dan məni, demək olar, hər gün saatlarla prokurorluqda dindirirlər. Dindirmə bastainfo.com saytında bir sıra nəşrlərlə bağlıdır. Bu gün mənə 2 il əvvəlki, işlə əlaqəsi olmayan nəşrlərlə bağlı suallar veriblər. Faktiki olaraq, neçə gündür məni mənəvi təzyiq altında saxlayırlar. Cinayət işi ilə əlaqəsi olmayan suallar verirlər. Bunu mənəvi işgəncə kimi qiymətləndirirəm», - deyə Hacıbəyli AzadlıqRadiosuna bildirib.

Prokurorluq jurnalistin təzyiq iddiasını rədd edir.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib.

Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb. Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələriylə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağrılaraq, axşama qədər dindirilib.

Mütəxəssislər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər.

Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.

Multimedia

XS
SM
MD
LG