Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Suriya İsraillə sərhədinə nəzarəti ələ alır


Suriya-İsrail sərhədi
Suriya-İsrail sərhədi

Suriya prezidenti Bashar al-Assad ölkəsinin İsraillə sərhədinə nəzarəti ələ almaq üzrədir. Bu, üsyançılar üzərində böyük qələbə sayılır. Onlar Rusiyayla danışıqlarda təslim olmağa razılaşıblar. Xəbəri iyulun 19-da hər tərəfdən mənbələr təsdiqləyib.

Suriyanın İsrailin tutduğu Golan Yüksəkliyi ilə sərhədə nəzarəti bərpa etməsi ölkədə üsyançıların son mövqelərindən birinin də alınması deməkdir. Rusiyanın planına görə, Suriya sərhəd regionuna nəzarətini bərpa edir, ərazi iranpərəst döyüşçülərdən təmizlənir. Bunu İsrail və Birləşmiş Ştatlar Moskvayla danışıqlarında dəfələrlə tələb edib.

ASSAD-IN UĞURU

Ötən ay Assad qüvvələri Rusiya hava zərbələrinin dəstəyi ilə Suriyanın cənub-qərbində də üsyançıları təslim olmağa məcbur edib.

Artıq Assad İordaniya ilə sərhəd regionunun vacib bir hissəsinə nəzarət edir. Sonuncu razılaşma isə Assad üçün daha bir uğur sayılır.

Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində 400 mindən çox adam həlak olub.

Dəməşqdə qaçqın düşərgəsi
Dəməşqdə qaçqın düşərgəsi

Suriya dövlət mediasının xəbərinə görə, Quneitra vilayəti üzrə razılaşma əldə olunub, iyulun 19-da axşam bir kənddən üsyançıları çıxarmağa 10 avtobus gəlib.

“Reuters” agentliyi üsyançılar içindəki mənbədən təslim razılaşmasının surətini əldə edib. Sənəddə üsyançıların Rusiyayla danışıqlar apardığı bildirilir.

TƏSLİM ŞƏRTLƏRİ

Ölkənin digər yerlərində olduğu kimi, burada da müxalif döyüşçülər ağır və ortaölçülü silahları təhvil verməyə razılaşıblar. Ərazidə qalmaq istəyənlər statuslarının dövlətin həll etməsinə razılaşırlar, yəni Assad-ın idarəçiliyini qəbul edirlər.

Təslim şərtlərini qəbul etməyənlər isə regiondan çıxır, ölkənin şimal-qərbindəki İdlib vilayətinə gedir. Həmin vilayət müxalifətin nəzarətindədir.

Məlumatlara görə, Golan sərhədinin kiçik bir hissəsi İslam Dövləti ekstremist qruplaşmasının əlindədir və razılaşma onlara aid deyil.

Rəsmilər deyirlər ki, cənub-qərb kampaniyası bitincə Assad diqqətini nəzarətindən kənar iki hissəyə yönəldəcək.

Bunlardan biri üsyançıların əlində şimal-qərb hissədir. Burada türk qüvvələrinin də olması hər hansı hərbi kampaniyanı çətinləşdirə bilər. Şimal-şərq və şərq hissə isə kürdlərin əlindədir və onları 2 mindən çox ABŞ hərbçisi dəstəkləyir.

Dəməşq və müttəfiqləri döyüşdə böyük uğur qazandıqca, BMT-nin vasitəçilik etdiyi sülh danışıqlarının şansı da azalmış görünür. Assad-ın opponentlərinin fikrincə, ölkədə sabitlik yaranmalı, milyonlarla qaçqın ölkəyə qayıtmalıdır. BMT-nin hesablamasına görə, Suriyada 11 milyon adam evindən didərgin düşüb, altı milyon nəfərsə qaçqına çevrilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG