Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Bankda öz qızını girov götürən öldürülüb


Belarusda polis mərkəzi Zaslavye şəhərində bankda gənc qadını girov götürməkdə şübhəli bilinən kişini öldürüb.

Daxili işlər naziri Ihar Shunevich əməliyyata birbaşa rəhbərlik edib. Əməliyyat iyulun 18-də girovun buraxılmasıyla sonuclanıb.

Shunevich jurnalistlərə deyib ki, girov buraxılıb və şübhəli girovgötürən “neytrallaşdırılıb”.

Şübhəlinin 46 yaşlı Zaslavye sakini Syarhey K. olduğu bildirilir. Hakimiyyət onun keçmişdə “ağır cinayətlər”ə görə iki dəfə məhkum edildiyini qeyd edir.

Belarusun İstintaq Komitəsinin iyulun 19-da yaydığı məlumata görə, 23 yaşlı girov Syarhey K.-nın öz qızı olub, onlar banka birlikdə giriblər.

Hüquq-mühafizə orqanları bildirir ki, şübhəli girov götürənin əlində bıçaq olub, tələbləri yerinə yetirilməzsə, qadını öldürməklə hədələyib.

Onun hansı tələblər irəli sürdüyü bəlli deyil.

İnsidentlə bağlı araşdırılma aparılır.

XS
SM
MD
LG