Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:38

Rusiya ABŞ-da ‘narazılıq yaradır’


Christopher Wray

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Christopher Wray deyir ki, Rusiya Birləşmiş Ştatlarda narazılıq yaratmaqdan ötrü saxta xəbərlər, propaqanda, gizli əməliyyatlara əl atır.

İyulun 18-də Koloradoda Aspen Təhlükəsizlik Forumunda çıxış edən Wray ABŞ kəşfiyyat agentliklərinin Moskvanın 2016-cı ildə prezident seçkisinə müdaxiləsinə dair gəldiyi qənaəti müdafiə edib. O, Rusiyanın bunda əli olmamasına dair prezident Vladimir Putin-in iddiasını rədd edib.

“Bu onun fikridir. Sizə öz fikrimi deyə bilərəm. Kəşfiyyat cameəsinin baxışı dəyişməyib. Mənim baxışım dəyişməyib”, – Wray deyib.

Wray həmçinin Putin-in son təklifini rədd edib. Putin təklif edib ki, Kremlin tənqidçisi William Browder-i təqib edən rusiyalı prokurorların bir neçə amerikalını dindirməsinə icazə verilərsə, ABŞ prokurorlarının 2016-cı il seçkisinə haker hücumunda suçlanan 12 rusiyalını dindirməsinə şərait yaradılsın.

Ağ ev bu təklifin nəzərdən keçirildiyini bildirsə də, Wray bunu rədd edib.

“Rusiya bu gün də ziyanlı nüfuz əməliyyatları aparmaqdadır”, – o əlavə edib.

XS
SM
MD
LG