Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Aİ Makedoniyaya miqrantlara görə sərhədçi verəcək


Makedoniyanın Serbiya ilə sərhədində miqrantlar

Avropa İttifaqı iyulun 18-də Makedoniya ilə razılaşma əldə etdiyini, Balkan ölkəsini miqrant axınını önləmək üçün sərhədçilərlə təmin edəcəyini bildirib.

Skopye Aİ-yə üzv olmağa ümid edir. Aİ isə Yaxın Şərq, Afrika və Asiyadan gələn milyonlarla qaçqının uzaq sərhədlərinə axınını kəsməyə çalışır.

Aİ miqrasiya komissarı Dimitris Avramopoulos və Makedoniyanın daxili işlər naziri Oliver Spasovski Makedoniyaya Aİ sərhədçilərinin yerləşdirilməsini nəzərdə tutan sazişi imzalayıblar.

Rəsmilərin deməsinə görə, Makedoniyanın ötən ay Aİ üzvü Yunanıstanla çoxdan davam edən ad mübahisəsini həll etməsi bu razılaşmanın əldə olunmasını asanlaşdırıb.

2015-ci ildən Makedoniya, Serbiya və digər Balkan ölkələri ərazilərindən keçən minlərlə miqrantla bağlı problem yoluna qoymağa çalışırlar.

Miqrantların çoxu isə sərhəddəki düşərgələrdə qalır.

Bu il Aİ sərhədçilərinin sayını 1300-ə çatdırır, 2014-cü ildə bu rəqəm 300 idi.

XS
SM
MD
LG