Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Elon Musk 'pedofil' sözünə görə üzr istədi


Elon Musk, arxiv fotosu
Elon Musk, arxiv fotosu

Tesla Inc (TSLA.O) şirkətinin yaradıcısı Elon Musk britaniyalı mağara tədqiqatçısı Vern Unsworth-dan üzr istəyib. Milyarder Tailandın şimalında mağarada qalmış yeniyetmələr və onların məşqçisinin xilasından sonra Unsworth barəsində təhqiramiz ifadə işlətmişdi.

“Onun mənə qarşı hərəkətləri mənim ona qarşı hərəkətlərimi əsaslandırmır və bu səbəbdən cənab Unsworth-dan və lideri olduğum şirkətlərdən üzr istəyirəm. Günah məndədir, ancaq məndədir”, – Musk tvitində yazıb.

Unsworth xilasetmə işlərində aparıcı rol oynamışdı. O, iyulun 17-də deyib ki, britaniyalı və amerikalı hüquqşünaslar onunla əlaqə saxlayıblar, Musk Twitter-də onu təhqir etdiyinə görə hüquqi məsləhət istəyəcək.

“Üzr istəməyindən xəbərim var, başqa söz demək istəmirəm”, – Musk-ın son tvitlərindən sonra Unsworth “Reuters”ə telefonla deyib.

MALİYYƏ ÇÖZÜMÜ OLACAQMI?

Məsələnin maliyyə yoluyla çözümü olacaqmı, yaxud o, hələ də hüquqi addım atmağı nəzərdən keçirirmi? Unsworth deyib ki, əlavə şərh verməyəcək.

Mağaradan xilas edilmiş oğlanlar xəstəxanada
Mağaradan xilas edilmiş oğlanlar xəstəxanada

Musk elektriklə işləyən maşınların istehsalçısı olan Tesla Inc-in rəhbəridir. O, su basmış mağarada qalanları özünün SpaceX raket şirkətinin yaratdığı mini-sualtı qayıqla çıxarmağı təklif etmişdi. Amma elit dalğıclar və digərləri bu təklifi rədd edincə tərəflər arasında söz savaşı başlanıb.

Musk isə buna cavab olaraq Twitter-də yazıb ki, mağaraya yol alan mini sualtı qayığın videosunu çəkəcəklər: “Təəssüf, pedofil adam, bunu doğrudan da özün istədin”.

Bu tvit daha sonra pozulub.

Musk çərşənbə günü söyləyib ki, həmin sözləri “qəzəbli halda” deyib, “cənab Unsworth bir sıra həqiqət olmayan sözlər işlədib, deyib ki, guya mən mini sualtı qayıqla seksual əlaqədə oluram. Bu qayıq mərhəmət aktı kimi hazırlanıb...”

Mağaradan xilas edilmiş 11-16 yaşlı yeniyetmələrin bu gün xəstəxanadan çıxacağı, axşamtərəfi mətbuat konfransı keçirəcəyi gözlənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG