Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Azərbaycan-İtaliya sənədləri imzalanıb


S.Mattarella

Prezidentlər İlham ƏliyevSerco Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti, «Azərbaycan Dəmir Yolları» QSC ilə İtaliya Dövlət Dəmir Yolları, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Səhiyyə Nazirliyi arasında anlaşma memorandumları, Azərbaycanın Təhsil Nazirliyi ilə İtaliya Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə imzalandığı deyilir.

İyulun 18-də sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

+++

Prezidentlərin təkbətək görüşü başa çatandan sonra İlham Əliyevlə Serco Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Məlumatı AZƏRTAC yayıb.

İtaliya prezidenti Azərbaycanda

İyulun 18-də Azərbaycanda səfərdə olan İtaliya prezidenti Serco Mattarellanın rəsmi qarşılanma mərasimi keçirilib.

Daha sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev italiyalı həmkarı S.Mattarella ilə təkbətək görüşüb.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərdə deyilir ki, görüş zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

S.Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə etdiyi bildirilir.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığı qeyd olunur.

+++

İtaliya prezidenti Serco Mattarella iyulun 17-də axşam saatlarında Azərbaycana rəsmi səfərə gəlib.

Xəbəri AZƏRTAC yayıb.

Onu və qızı Laura Mattarellanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər haqda başqa məlumat verilmir.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mayın 8-də qurulub.

1997-ci ilin martında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi yaradılıb.

İtaliya Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.

Azərbaycanın təşəbbüsçülərindən biri olduğu, Avropanın cənubuna qaz nəqlini nəzərdə tutan və 2020-ci ildə istismara veriləcəyi gözlənilən TAP qaz boru kəmərinin bir hissəsi İtaliya ərazisindən keçəcək.

Multimedia

XS
SM
MD
LG