Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Rusiya təyyarənin vurulmasına görə ‘məsuliyyətə cəlb olunmalıdır’


Hadisə yeri, dörd il öncə
Hadisə yeri, dörd il öncə

Ukrayna prezidenti Petro Poroshenko deyir ki, Rusiya 2014-cü ildə Ukraynanın şərqində Malayziya təyyarəsinin vurulmasına görə “məsuliyyətə cəlb olunmalıdır”. İyulun 17-də törədilmiş həmin hadisədə təyyarədəki 300-dək adam həlak olub.

Poroshenko bu gün Facebook-da yazıb ki, Ukrayna “müstəntiqlərə gərəkən yardımı göstərir”.

MH17 təyyarəsi Donetsk münaqişə regionunun üzərində vurulub, 298 nəfər həlak olub.

Petro Poroshenko
Petro Poroshenko

MOSKVANI ƏMƏKDAŞLIĞA ÇAĞIRIRLAR

“Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna təmsilçilərindən ibarət birgə təhqiqat qrupu müəyyənləşdirib ki, təyyarə Rusiya silahlı qüvvələrinə məxsus Buk raket kompleksi tərəfindən vurulub, separatçıların nəzarətində olan əraziyə Rusiya Federasiyasından gətirilib. Buna görə də Rusiya bu terror hücumuna görə məsuliyyətə cəlb olunmalıdır”, – Poroshenko yazıb.

***Buna da bax: Rusiya təyyarənin vurulmasının məsuliyyətini götürmür

Niderlandın rəhbərlik etdiyi Birgə Təhqiqat Komandası mayda bəyanat yayaraq bildirib ki, beynəlxalq araşdırma təyyarəni vurmuş Buk-un Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus olduğunu üzə çıxarıb.

Rusiya hadisəyə görə hər hansı məsuliyyət daşımadığını bildirir.

İyunun sonunda isə Avropa İttifaqı liderləri Moskvanı “məsuliyyətini qəbul etməyə, həqiqət, ədalət və hesabatlılığın bərqərar olması üçün tam əməkdaşlığa” çağırıb. Blok Ukraynaya təcavüzə görə Rusiyaya iqtisadi sanksiyaların müddətini uzadıb.

Rusiyanın bank və enerji sektorlarını hədəfləyən sanksiyalar Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra qoyulub. Rusiya elə həmin il Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşən separatçıları da dəstəkləməyə başlayıb.

Münaqişədə 10 min 300-dən çox adam həlak olub. Aİ liderləri deyirlər ki, Rusiya və münaqişənin digər tərəfləri Minsk sülh sazişi çərçivəsində razılaşma əldə etməyincə sanksiyalar qaldırılmayacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG