Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:38

Rusiya təyyarənin vurulmasının məsuliyyətini götürmür


Təhqiqatın nəticələri açıqlanarkən
Təhqiqatın nəticələri açıqlanarkən

Rusiya Ukrayna üzərində Malayziya təyyarəsinin vurulmasına görə məsuliyyəti götürməklə bağlı BMT-dəki çağırışları rədd edib. Ötən həftə açıqlanmış təhqiqat 298 nəfərin olduğu təyyarəni Rusiya ordusuna məxsus raketin vurduğunu üzə çıxarıb.

Mayın 29-da axşam BMT-nin Təhlükəsizlik Şurası Ukraynaya görə toplantı keçirib. Niderlandın xarici işlər naziri Stef Blok Moskvanı təhqiqatı qəbul etməyə çağırıb. Araşdırmaya görə, təyyarəni Rusiya istehsalı olan BUK kompleksi vurub və onu da Kurskda yerləşən 53-cü zenit-raket briqadası verib.

Stef Blok
Stef Blok

“ULTİMATUM DİLİ”

“Heç kəs Rusiyayla ultimatum dilində danışa bilməz”, – Rusiyanın səfiri Vasily Nebenzya deyib.

“Biz təhqiqatın əsaslandırılmamış nəticəsini qəbul edə bilmərik”, – o, Birgə Təhqiqat Komandasının (ingiliscə qısa adı – JIT) araşdırmasıyla bağlı deyib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə mayın 29-da Minskə səfəri zamanı Niderland və Avstraliyanın “ultimatumları”nı rədd edib. Onlar insident zamanı həlak olanların qohumlarına kompensasiya tələb edirlər.

Amsterdamdan Kuala Lumpura uçan təyyarənin sərnişinləri əsasən Malayziya, Niderland və Avstraliya vətəndaşları olub. Təyyarə 2014-cü ilin iyulunda Ukraynanın şərqində rusiyapərəst separatçıların nəzarətində olan ərazinin üzərində vurulub.

Nikki Haley (sağda) və Vasily Nebenzya
Nikki Haley (sağda) və Vasily Nebenzya

Rusiya Niderland hökumətinin rəhbərliyi ilə aparılan təhqiqatı qanunsuz sayıb, çünki Rusiya bərabər tərəfdaş kimi araşdırmaya daxil olunmayıb.

“ETİBARLI TƏHQİQAT APARILSIN”

Moskva JIT-in Rusiyanın təqdim etdiyi dəlilləri gözardı etdiyini, ona görə təhqiqatla əməkdaşlığa getmədiyini bildirir.

“Bu dəhşətli insidentdən qəzəbliyik. Biz etibarlı təhqiqat aparılmasında təkid edirik. Əsl cinayətkarla faktiki dəlillər əsasında müəyyənləşdirilə və ədalət mühakiməsinə verilə bilər”, – Nebenzya deyib.

Niderlandın xarici işlər naziri isə təhqiqatın qərəzli olması barədə deyilənləri rədd edib, Rusiyanın təhqiqatçılarla işləməyə çağırıb.

Birləşmiş Ştatların səfiri Nikki Haley də Niderlandın və Avstraliyanın tələblərini dəstəkləyib, Rusiyanın faciədəki rolunu etiraf etməli olduğunu deyib.

BUK-un seriya nömrəsi
BUK-un seriya nömrəsi

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam öldürülüb. Münaqişə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edincə başlayıb.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Şurada deyib ki, Rusiyanın təhqiqatın nəticələrini rədd etməsi onu “qətiyyən təəccübləndirmir”.

“Təyyarənin vurulmasının terror aktı olmasına şübhəmiz yoxdur”, – o söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG