Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:57

Gələn 5 turistdən biri Körfəz ölkələrindəndir


Bakı restoranlarında ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bakı restoranlarında ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min nəfər gəlib. Məlumatı Dövlət Statistika Komitəsi iyulun 17-də Dövlət Sərhəd Xidmətinə istinadən yayıb.

Komitənin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Gələnlərin 30 faizinin Rusiyanın, 21 faizinin Gürcüstanın, 11 faizinin İranın, 10 faizinin Türkiyənin payına düşdüyü deyilir.

Məlumatda son yarım ildə İran istisna olmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox – 4.9 faiz artım müşahidə edildiyi, hər gələn 5 nəfərdən birinin bu ölkələrdən olduğu bildirilir.

DSK-nın rəqəmlərinə görə, ötən ilin eyni dövrüylə müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3.5 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı 2 dəfə artıb.

İraq vətəndaşlarının sayında 44 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayında isə 8 faiz artım var.

Qurum İrandan gələnlərin sayında isə əksinə, 18 faiz azalma müşahidə edildiyini qeyd edir.

Dövlət Statistika Komitəsi son yarım ildə Avropa Birliyinə üzv ölkələrdən gələnlərin sayının da 6 faiz artaraq 53.5 min nəfər, MDB ölkələrindən gələnlərin sayının 7 faiz artaraq 478.3 min nəfər olduğunu bildirir.

Xatırlatma

Azərbaycan hökuməti turizm sektorunun prioritetlər sırasında olduğunu dəfələrlə bəyan edib. 2015-ci ildə iqtisadi böhran başlayanda isə turistlərin gəlişinin asanlaşdırılması yönündə bəzi addımlar atılıb.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin son toplantısında turist sayının 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdığını söyləyib.

Ancaq mütəxəssislər hesab edirlər ki, turizm axınını təmin etməkdən ötrü daha çox iş görülməlidir, üstəlik də, qonşu Gürcüstanla müqayisədə hökumətin təqdim etdiyi rəqəmlər çox azdır. Onlar bunu qiymətlərin baha, xidmətin aşağı olması ilə bağlayırlar.

Multimedia

XS
SM
MD
LG