Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Müdafiə naziri: “Hərbi hissələrdə mühafizə gücləndirilməlidir


Foto arxiv

Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Məlumatı Müdafiə Nazirliyi yayıb.

Nazir bildirib ki, “Gəncədə törədilən təxribat nəzərə alınmaqla” hərbi hissələrdə mühafizənin gücləndirilməsi, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkili, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılması vacibdir.
Müdafiə naziri cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.

Xatırlatma

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirlməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisə ilə bağlı 11 nəfərin həbs olunduğu, bir nəfər – Rəşad Böyükkişiyevin isə polisə silahlı müqavimətə görə öldürüldüyü deyilir.

XS
SM
MD
LG