Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:07

Əfqanıstanda əməliyyatda dinc sakinlər öldürülüb


Arxiv fotosu

Əfqan rəsmiləri hökumət qüvvələrinin Nangarhar vilayətində apardığı quru və hava əməliyyatında azı 6 dinc sakinin öldürüldüyünü bildirir.

Yerli hökumətin sözçüsü Ataullah Khogyani deyib ki, iyulun 12-də axşam aparılmış əməliyyatda dörd dinc sakin də yaralanıb.

Ölənlərin yuxuya getmiş mağaza sahibləri olduğu qeyd olunur.

“Ölənlər arasında təhlükəsizlik əməkdaşı və fermer də var. Bombalama zamanı məscid və 21 maşın dağıdılıb”, – Khogyani deyib.

Pakistanda sərhəddə yerləşən Nangarhar İslam Dövləti (İŞİD) yaraqlılarının məkanı sayılır.

Bu vilayətdə İŞİD və Taliban yaraqlıları hücumlar törədir, eləcə də əfqan- ABŞ birgə qüvvələri yaraqlılara qarşı əməliyyatlar aparır.

Həftənin əvvəlində silahlı Calalabad şəhərində təhsil idarəsinə hücum edib, 11 nəfər öldürülüb.

XS
SM
MD
LG