Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:27

Anar Bağırov: ‘Vəkillər Kollegiyasının binasını müvəqqəti vermişik’ (YENİLƏNİB)


12 saylı vəkil bürosu

2017-ci ilin dekabrında keçirilən konfransdan sonra təkcə Vəkillər Kollegiyasının rəhbərliyi - Rəyasət Heyəti yenidən formalaşdırılmadı. Dəyişikliklərdən biri də yeni rəhbərliyin yeni bina ilə təmin edilməsi idi.

Uzun illər Səməd Vurğun küçəsindəki binada yerləşən Vəkillər Kollegiyasının Rəyasət Heyəti üçün ayrıca bina istifadəyə verildi.

Bu qurum fevralın 19-dan Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Hərbi Prokurorluğun yanında-red.) fəaliyyət göstərir.

Vəkillər Kollegiyası Rəyasət Heyəti köçürülən ərəfədə Səməd Vurğun küçəsində yerləşən əvvəlki ofisdə təmir işləri aparılırdı. İndi məlum olub ki, həmin məkan hazırda 12 saylı vəkil bürosu kimi fəaliyyət göstərir. Bu büronun rəhbəri də ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovdur.

Dekabrdakı konfrans nəticəsində Vəkillər Kollegiyasının rəhbəri olan Anar Bağırov Rəyasət Heyətinin sədri vəzifəsindən öncə uzun illər Fariz Məmmədovun hüqüq şirkətində (Bakı Hüquq Mərkəzi) fəaliyyət göstərib. O, kollegiyanın sədri olandan sonra Fariz Məmmədov 12 saylı vəkil bürosuna rəhbərlik edir.

Nazirin vəkil oğlu...

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosu-na bildirib ki, bina 12 saylı vəkil bürosuna müvəqqəti verilib:

"Həmin büroda müştərilərlə görüş, konfidensial söhbət üçün şərait yox idi, təmirə ehtiyac vardı. Qərara gəldilər ki, öz hesablarına təmir elətdirsinlər. Biz də Vəkillər Kollegiyası olaraq, onlara əlimizdən gələn köməyi edirik. Təmir getdiyi müddətdə 12 saylı vəkil bürosu Vəkillər Kollegiyasının keçmiş binasında yerləşəcək. Avqustun sonu-sentyabrın əvvəlində təmir başa çatan kimi ora qayıdacaqlar. Ola bilsin, gələcəkdə başqa vəkil büroları təmir olunanda onları da müvəqqəti həmin binada yerləşdirəcəyik. O bina heç kimə bağışlanmayıb, Vəkillər Kollegiyasının özünə lazımdır".

Vəkillər Kollegiyasının sədri nazir oğlunun 12 saylı vəkil bürosunun müdiri olmasından da danışıb.

Bildirib ki, həmin büroda 50-yə qədər vəkil çalışır və Fariz Məmmədovun rəhbərliyi altında işləmək onların öz seçimi olub: "Vəkillər özləri yığışıb seçiblər, biz bu məsələyə qarışmırıq. Hesab edirəm ki, nazir oğlunun vəkillikdə olması vəkilliyin nüfuzuna yalnız müsbət təsir göstərə bilər".

Günün bütün mövzuları

XS
SM
MD
LG