Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Trump 200 milyard dollarlıq Çin məhsuluna yeni tarif təklif edir


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar Çinin 200 milyard dollarlıq əlavə məhsuluna 10 faizlik tarif təklif etməklə Pekinlə ticarət müharibəsini bir az da qızışdırıb.

Bu açıqlama iyulun 10-da verilib. Daha öncə prezident Donald Trump Pekinin atdığı addımlara cavab veriləcəyini bildirmişdi. Belə ki, Vaşinqton Çindən idxal olunan 34 milyard dollarlıq məhsula 25 faizlik rüsum qoyunca Pekin buna cavabı gecikdirməyib, ABŞ-dan Çinə ixrac olunan eyni həcmdə məhsula oxşar tarif qoyub. Hər iki tərəf indi əlavə olaraq 16 milyard dollarlıq məhsula tarif qoymağı, ümumi məbləği 50 milyard dollara qaldırmağı planlaşdırır.

HƏDƏFDƏKİ MƏHSULLAR

“Çin cavab tədbiri görür və davranışını dəyişmək istəmir, buna görə də prezident ticarət rəsmilərinə göstəriş verib ki, Çindən daha 200 milyard dollarlıq idxal məhsuluna 10 faizlik tarif qoyulması prosesinə başlasınlar”, – ABŞ-ın ticarət təmsilçisi Robert Lighthizer deyib.

Dinləmələr avqustda keçiriləcək və məhsulların siyasının yekunlaşdırılması iki ay çəkə bilər. Bundan sonra Trump tariflərlə bağlı yekun qərarını verəcək.

Donald Trump (arxada) Robert Lighthizer-i dinləyir, arxiv fotosu
Donald Trump (arxada) Robert Lighthizer-i dinləyir, arxiv fotosu

Hədəf məhsullar dondurulmuş ət, diri və təzə balıq, kərə yağı, soğan, sarımsaq, tərəvəzlər, meyvələr, fındıq, metal, kimyəvi məhsullar, şin, dəri, parçalar, odun və kağızdır.

Trump Çini ABŞ iqtisadiyyatından öz məqsədləri üçün istifadə etməkdə suçlayır. O, Pekin ticarət praktikasını dəyişməzsə, 450 milyard dollarlıq Çin məhsuluna tarif qoymaqla hədələyib.

ABŞ-ın bir sıra siyasətçiləri və şirkət rəhbərləri bu tariflərə qarşıdır, bu addımın qiymətləri artıracağını, Birləşmiş Ştatlarda iş yerlərinə zərbə vuracağını deyirlər.

NİŞANGAHDA KİMDİR

Pərakəndə Sənaye Liderləri Assosiasiyası bildirib ki, “cəzanı Amerika ailələri çəkəcək. İstehlakçılar, şirkətlər, ticarətdən asılı iş yerləri getdikcə güclənən qlobal ticarət müharibəsinin nişangahındadır”.

Senatın maliyyə komitəsinin respublikaçı sədri Orrin Hatch deyib ki, Trump-ın siyasəti “tələsik təsir bağışlayır, hədəfli yanaşma deyil”.

Çinin ticarət nazirliyi iyulun 11-də “sarsıldığını”, Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyini bildirib. Ancaq qurum buna necə reaksiya verəcəyini açıqlamayıb, bəyanatında ABŞ-ın hərəkətlərini “tamamilə qəbuledilməz” adlandırıb.

200 milyard dollar Çinin Birləşmiş Ştatlardan idxal etdiyi məhsulların cəmi məbləğindən artıqdır. Yəni bu o deməkdir ki, Pekin ABŞ-ın hərəkətinə reaksiya vermək üçün kreativ yollar axtarıb tapmalıdır.

İnvestorlar dünyanın iki böyük iqtisadiyyatı arasında qızışmaqda olan ticarət müharibəsinin qlobal artıma və bazarda payçıların əhvalına təsir göstərəcəyindən ehtiyatlanırlar.

Çərşənbə günü dünya səhm bazarlarında düşüş qeydə alınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG