Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:54

Pashinian: Ayyarıma təkcə vergidən 42 milyon dollarlıq ziyan bərpa olunub


Nikol Pashinian, arxiv fotosu
Nikol Pashinian, arxiv fotosu

İyulun 1-dək – son ayarım ərzində korrupsiya əməllərinin ifşası nəticəsində təkcə vergi xəttilə 20 milyard 622 milyon dram (42 milyon dollar) yığılıb. Ermənistanın baş naziri Nikol Pashinian iyulun 10-da hökumətin iclasında deyib.

YARIM AY TƏŞKİLATİ İŞLƏRƏ SƏRF OLUNUB

“Biz Ermənistanda hökumət formalaşdırandan korrupsiya və sui-istifadəylə, eləcə də kölgə iqtisadıyyatıyla fəal mübarizə gedir. Rəqəmləri toplamışıq və deyə bilərik ki, ayrı-ayrı hüquq-mühafizə orqanlarının açdığı cinayət işləri çərçivəsində iyulun 1-dək təkcə vergidən 20 milyard 622 milyon dramlıq vəsait toplanıb, ya dəymiş ziyan kompensasiya olunub, ya da ödənməmiş vergilər ödənib. Bu, 42 milyon dollara yaxın vəsaitdir və çox vacib göstəricidir”, – Pashinian deyib.

Bu istiqamətdə iş davam etməlidir. İki ay, bunun da yarım ayı ancaq təşkilati işlərə gedib... Yəni, əslində, bu, ayyarımın göstəricisidir”, – Pashinian bildirib.

Baş nazirin sözlərinə görə, bu rəqəm qanunsuz varlanmaları, oğurluq hallarını, digər korrupsiya əməllərini əhatələmir, onların da miqyası böyükdür. Pashinian deyib ki, bu, dövlətə dəyən ziyanın kiçik bir hissəsidir. Onun deməsinə görə, korrupsiya ilə mübarizə çərçivəsində dövlət büdcəsinə daha böyük məbləğ qaytarılacaq.

***Buna da bax: Keçmiş prezident Koçaryan axtarışa verilə bilər

MƏBLƏĞ ARTIR

Pashinian bərpa olunan vəsaitin büdcədə əks olunmaması barədə mətbuatda yazılanlara da toxunub. O, bunda qeyri-adi bir şey olmadığını deyib.

Dövlət gəlirləri komitəsinin sədri David Ananian dəqiqləşdirib:

“Faktiki olaraq, 20 milyard 622 milyon dramlıq məbləğ hər gün dəyişir. Təbii ki, daim artır. Hal-hazırda bu məbləğ 73 təsərrüfat subyektindən yığılıb və onu 3 yerə bölə bilərik: 800 milyon dram, faktiki, büdcəyə daxil olub, 12 milyard 700 milyon dram dövlət büdcəsinin xeyrinə tutulmaq üçün təqdim olunub, 7 milyard dram isə ilkin hesablamadır, dəyişə bilər, yəni istintaq hərəkətləri zamanı arta bilər”.

Bu ilin aprelində küçə etirazları nəticəsində keçmiş prezident Serzh Sarkisian yenicə seçildiyi baş nazir postundan istefa verməli olub. Etirazların lideri Nikol Pashinian mayın 8-də baş nazir seçilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG