Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

Keçmiş prezident Koçaryan axtarışa verilə bilər


Ermənistanın ikinci prezidenti Robert Koçaryan (solda) axtarışa verilə bilər, keçmiş müdafiə naziri Mikayel Arutyunyan (sağda) artıq axtarışdadır
Ermənistanın ikinci prezidenti Robert Koçaryan (solda) axtarışa verilə bilər, keçmiş müdafiə naziri Mikayel Arutyunyan (sağda) artıq axtarışdadır

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytı yazır ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryana Xüsusi İstintaq Xidmətində dindirməyə gəlməsi üçün ikinci çağırış göndərilib.

Keçmiş prezident 1-2 mart 2008-ci il olayları barədə müstəntiqlərin suallarına cavab verməlidir.

Həmin hadisələr Koçaryanın prezident seçilməsinin ardınca baş vermişdi və zorakı toqquşmalarda 10 nəfər həlak olmuşdu.

Koçaryanın sözçüsü Viktor Sogomonyan deyib ki, birinci bildirişlə dindirməyə gəlməyən keçmiş prezident bunu iyulun 25-dən sonra etmək niyyətindədir.

Sözçü Koçaryanın hazırda ölkə xaricində olduğunu deyib.

Xüsusi İstintaq Xidmətinin rəhbərliyi bildirib ki, Koçaryan dindirməyə bu dəfə də üzrlü səbəb olmadan gəlməsə, onda onun məcburi qaydada gətirilməsinə qərar veriləcək və onun barəsində axtarış elan olunacaq.

Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu da 2008-ci ilin 1-2 mart hadisələri ilə bağlı dindirməyə çağırıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov da hələlik istintaqa gəlmək istəmir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov da hələlik istintaqa gəlmək istəmir

Xaçaturov işinin çox olduğunu əsas gətirərək deyib ki, istintaq orqanına iyulun axırlarında gələcək.

Xüsusi İstintaq Xidməti mətbuat katibinin verdiyi məlumata görə Xaçaturov 1 mart işində şahid kimi keçir.

Yuri Xaçaturov 2008-ci ilin 1 martında Yerevan qarnizonunun rəisi olub.

Azatutyun xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi ittihamı irəli sürülüb. O hazırda axtarışdadır.

Məhkəmə onun iki ay müddətinə həbs edilməsi barədə hökm çıxarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG