Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:37

İran Kürdüstanında qəzada azı 11 nəfər ölüb


İranda yol qəzası, arxiv fotosu

İranda tankerlə sərnişin avtobusu toqquşub, azı 11 nəfərin həlak olduğu bildirilir.

İran dövlət televiziyası və mühacirətdə olan kürd təşkilatı bildirir ki, Kürdüstan vilayətində qatran daşıyan tankerlə sərnişin avtobusu toqquşub, azı 11 nəfər ölüb.

Toqquşmanın iyulun 10-da gecəyarısı Tehrandan 400 kilometr qərbdə yerləşən Sənəndəc şəhərində baş verdiyi xəbərlənir.

Parisdə yerləşən İran Kürdüstanı Demokratik Partiyası Twitter hesabında qəzadan sonrakı görüntüləri yayıb.

Təşkilat mənbələrə istinadla hadisə zamanı 20-30 nəfərin həlak olduğunu bildirir.

Rəsmi məlumata görə, tankerin əyləci xarab olub və Sənəndəcdə avtobus terminalı yaxınlığındakı avtobusla toqquşub. Hər iki maşın alışıb.

UNICEF İranda nəqliyyat qəzalarının dünyadakı orta həddən 20 dəfə yüksək olduğunu bildirir. Əsas səbəb yolların bərbad durumu, nəqliyyat sisteminin tənzimlənməsindəki boşluqlardır.

XS
SM
MD
LG