Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:10

Suriyada rusiyalı hərbçilərin öldürülməsi təkzib olunur


Suriyadan qayıdan rusiyalı hərbçilər

İslam Dövləti (İŞİD) silahlı qruplaşması iddia edir ki, iyulun 9-da intiharçı Deraa vilayətində 35 suriyalı və rusiyalı hərbçini öldürüb. Ancaq Rusiya Müdafiə Nazirliyi bu informasiyanı təkzib edib.

Qruplaşmanın məlumatına görə, intiharçı partlayıcı olan avtomobili müttəfiq qüvvələrinin toplandığı yerə sürüb və partlayış törədib. İnsidentin Zayzun şəhərində baş verdiyi bildirilir. Bir neçə gün öncə “Azad Suriya Ordusu”nun döyüşçüləri bu şəhəri prezident Bashar Assad qüvvələrinə təhvil veriblər.

Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümü barədə məlumatı təkzib edib, bunu islamçı ekstremistlərin “növbəti saxta” informasiyası adlandırıb. Interfax nazirliyə istinadla xəbər verir ki, Suriyadakı rusiyalı hərbçilər sağ-salamatdırlar, tapşırıqların yerinə yetirirlər.

Nazirlik indiyədək Suriya müharibəsində 50 rusiyalının öldüyünü bildirsə də, qeyri-rəsmi rəqəmlər bundan bir neçə dəfə çoxdur.

XS
SM
MD
LG