Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:03

Jurnalist polis əməkdaşına hücuma görə mühakimə olunur


Dzmitry Halko məhkəmədə

Ukraynanın şərqindəki müharibəni işıqlandırmasına görə tanınmış belaruslu jurnalist polis əməkdaşına hücum ittihamıyla məhkəmə qarşısına çıxarılıb. Dzmitry Halko-nun məhkəməsi iyulun 10-da Minskdə başlanıb.

Jurnalist 2014-cü ildə Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən saxlanmışdı. O, bu ilin aprelində, Ukraynadan Belarusa keçərkən saxlanıb. Halko son bir neçə ayı Belarusda yaşayırmış.

Müstəntiqlər Halko-nun dekabrda bir polis əməkdaşına hücum etdiyini, onun mobil telefonunu sındırdığını deyirlər. Qonşuları səs-küydən şikayətçi olunca polis onun Minskdəki mənzilinə gedibmiş.

38 yaşlı Halko ittihamı rədd edir, polis əməkdaşına hücum etmədiyini deyir.

XS
SM
MD
LG