Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:36

Əfqanıstanda azı 10 nəfər öldürülüb


Hadisə yeri

Əfqanıstanın Calalabad şəhərində təhlükəsizlik məntəqəsi yaxınlığında intiharçı partlayış törədib, azı 10 nəfər öldürülüb Nangarhar vilayət valisinin idarəsi bildirib ki, səkkiz dinc sakin və iki təhlükəsizlik əməkdaşı öldürülüb. Hücum iyulun 10-da törədilib.

Partlayışın törətdiyi yanğından ərazidəki mağazalara, maşınlara ziyan dəyib. Rəsmi məlumata görə, qurbanların çoxu yaxınlıqdakı maşınyuma məntəqəsində çalışan uşaqlar olub.

Piyada intiharçı kəşfiyyat xidmətini hədəf alıbmış.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Son vaxtlar Nangarharda həm İslam Dövləti qruplaşmasının yerli qanadı, həm də Taliban bir sıra hücumlar gerçəkləşdirib.

XS
SM
MD
LG