Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:48

Prezidentlər təkbətək görüşüb


İ.Əliyev və R.T.Ərdoğan

Azərbaycan və Türkiyə prezidentləri İlham ƏliyevRəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Bu haqda Azərbaycan prezidentinin rəsmi internet səhifəsində xəbər yerləşdirilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı deyilir.

Türkiyə prezidenti Azərbaycanda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana rəsmi səfərə gəlib.

Məlumatı AZƏRTAC yayıb.

Ərdoğanı hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu il iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçici səslərinin 52%-ni toplayan Ərdoğan prezidenti seçilib və bu onun seçkilərdən sonra ilk rəsmi səfərdir.

Multimedia

XS
SM
MD
LG