Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:30

Dünya çempionatının ilk yarımfinalı keçiriləcək


Dörddə bir final, Rusiya-Xorvatiya oyunu

İyulun 10-da futbol üzrə dünya çempionatının birinci yarımfinalı keçiriləcək. Fransa Sankt Peterburqda Belçika ilə üzləşəcək.

Fransa 1998-ci ildə dünya çempionu titulunu qazanıb.

Belçika isə indiki çempionatda rəqib qapısından ən çox qol keçirmiş komandadır, 14 qol vurub. Fransa rəqib qapısından 9 qol keçirib.

Dünya çempionatı tarixində artıq beşinci dəfədir ki, yarımfinala yalnız Avropa komandaları çıxıb.

İyulun 11-də, ikinci yarımfinalda İngiltərə Xorvatiya ilə Moskvanın Lujniki stadionunda qarşı-qarşıya gələcək.

Yarımfinal qalibləri iyulun 15-də Lujniki stadionunda, uduzanlar isə iyulun 14-də 3-cü yer uğrunda Sankt Peterburqda yarışacaq.

XS
SM
MD
LG