Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:10

İlqar Məmmədov: 'Mən təslim olmayacağam!'


İ.Məmmədov

«Avropa Parlamentinin mən də daxil olmaqla Azərbaycanda siyasi məhbusların buraxılmayacağı təqdirdə, Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan sazişi ratifikasiya etməyəcəyi ilə bağlı mövqeyi qənaətbəxş deyil».

2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Partiyasının sədri İlqar Məmmədov belə yazır. Həbsdəki siyasətçi Avropa Birliyinin ötən həftə Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid edir.

İ.Məmmədov vurğulayır ki, Avropa Parlamenti hələ 2013 və 2014-cü illərdə qətnamələr qəbul edərək Azərbaycan hökumətindən onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına istəyib.

«Avropa Parlamentinin hazırkı qətnaməsi əvvəlki mövqeyindən geri çəkilmək anlamına gəlir. Çünki Avropa Birliyinin ən optimist rəsmisi sazişin ən yaxşı halda 2019-cu ilin payızında imzalanaçağını proqnozlaşdırır. Sazişin ratifikasiyası da hər bir halda 2020-ci ilə təsadüf edəcək. Bununla da, Avropa Parlamenti faktiki olaraq İlham Əliyevə məni 2020-ci ilin fevralına, yəni mənə verilmiş saxta cəza müddətinin sonuna qədər həbsdə saxlamağa imkan yaratmış oldu», - İ.Məmmədov qeyd edib.

Siyasətçi açıqlamasının sonunda «Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam!», - yazır.

Hazırda Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişi üzərində iş gedir. Ötən həftə Avropa Parlamenti həmin sazişin imzalanması üçün 8 şərt irəli sürüb. Həmin şərtlərdən birində deyilir ki, Azərbaycan siyasi və vicdan məhbuslarını sərbəst buraxmalıdır, əks halda Avropa Parlamenti sazişi ratifikasiya etməyəcək.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

AİHM hələ 2014-cü ilin mayında onun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Bundan sonra AİHM-in AŞNK-a, Azərbaycan hökumətinə və həbsdə olan İ.Məmmədova məktub göndərdiyi açıqlanıb. Orda məsələ ilə bağlı tərəflərə bu il martın 1-nə kimi öz yekun rəylərini çatdırmaqdan ötrü vaxt verildiyi bildirilirdi.

Prosesin sonrakı gedişində hələlik yenilik yoxdur.

Multimedia

XS
SM
MD
LG