Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 03:06

Günvurma ilə 75 nəfər müraciət edib


İsti

Yay mövsümü başladıqdan bu yana günvurma ilə bağlı 75 nəfər müraciət edib. Bu haqda Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.

Müraciət edənlərdən 46 nəfərin xəstəxanaya yerləşdirildiyi, 29 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldığı deyilir.

Məlumata görə, onlardan 54-ü kişi, 17-si qadın, 4-ü isə uşaqdır.

Təcili yardımdan bunu da deyiblər ki, son iki gündə havalar nisbətən sərin keçdiyindən müraciət edənlərin sayında azalma var.

Bu il Azərbaycanda havalar çox isti keçir. İyulun 1-də Bakıda son 120 ilin ən isti günü qeydə alınmışdı.

XS
SM
MD
LG