Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:39

'İstək' liseyi: Problemə hələlik rəsmi aydınlıq gətirilməyib


"İstək" liseyi qarşısında etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

"İstək" liseyi qarşısında etiraz aksiyası

Azərbaycanda fəaliyyət göstərən «İstək» Liseylər Şəbəkəsinin fəaliyyətinin niyə dayandırılmasına hələlik rəsmi aydınlıq gətirilməyib. Bu haqda liseylər şəbəkəsinin Baş İdarəsindən deyiblər.

Baş İdarədən bildirilib ki, indilik aydın olan bircə şey var, o da liseylərin fəaliyyətini dayandırmasıdır: «Amma bunun səbəbi nədir, bu qərar niyə verilib və s. kimi məsələlərin cavabı hələ də açıq qalır».

Qurumdan başqa sualları cavablandırmaq istəmədiklərini deyiblər.

Bu şəbəkəyə 12 lisey daxiliydi, onlardan 4-ü Bakıda, 8-i isə bölgələrdə fəaliyyət göstərirdi.

Azərbaycanda «İstək» liseyləri 2014-cü ildən fəaliyyət göstərir.

2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edilmişdi. Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Güləni dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. O özü bunu yalanlayır.

Həmin hadisələrdən sonra Azərbaycanda yerli mətbuatın yazdığına görə, Gülənə bağlı olduğu iddia edilən «Zaman» qəzeti və «Qafqaz» Universitetinin fəaliyyəti dayandırıldı. Mətbuat bu addımların məhz Türkiyə hökumətinin istəyi ilə atıldığını iddia edir.

İndi «İstək» Liseylər Şəbəkəsi ətrafında baş verən prosesləri də 2016-cı ildən başlanan prosesin davamı kimi şərh edənlər var.

Hələlik Təhsil Nazirliyi baş verənlərə aydınlıq gətirməyib.

Multimedia

XS
SM
MD
LG