Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:05

Suriya ordusu İordaniya sərhədindəki keçid məntəqəsini nəzarətə götürüb


Foto arxiv

Suriya hökumət qoşunlarının İordaniya sərhədindəki Nasib keçid məntəqəsini nəzarətə götürdüyü bildirilir.

Məlumatı SANA dövlət informasiya agentliyi Suriya insan haqları mərkəzinə təsdiqləyib.

Məlumata görə , region üçün vacib sayılan bu məntəqə müqavimətsiz Bashar Assad ordusu və Rusiya hərbi polisinin nəzarətinə keçib.

Üsyançıların nümayəndəsi isə bu arada bildirib ki, Deraa əyalətində atəşin dayandırılması ilə bağlı Rusiya hərbçiləri ilə razılıq əldə olunub.

Məlumatda bildirilir ki, razılaşmaya əsasən üsyançılar ağır silahları hökumət qoşunlarına təhvil verəcək.

Suriya ordusu isə Rusiya hərbçiləri ilə birlikdə İordaniya sərhədindəki həmin ərazini nəzarətə götürəcək.

Amma onlar, üsyançıların özünüidarə hakimiyyəti yaratdıqları əyalətin bir neçe yaşayış məntəqəsinə girməyəcəklər.

Bu razılaşmanı qəbul etməyənlər isə Suriyanın şimalına çəkiləcəklər.

6 ildən çoxdur ki, davam edən Suriya münaqişəsində 400 mindən çox adam ölüb.

Rusiya bu münaqişədə prezident Bashar Asadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG