Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:47

Bakıda 120 ilin ən isti günü


Bakı (Arxiv)
Bakı (Arxiv)

Bu gün, iyulun 1-də Bakı və Abşeron yarmadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisinin qeydə alındığı bildirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu məlumat yayıb.

“43-44 dərəcə. Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib. 41, 6 dərəcə. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdu”, məlumatda vurğulanır.

Buna da bax: İstilər iyulun 4-nə kimi davam edəcək

Xatırlatma

Azərbaycanın əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda, başqa iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Amma bu gün, iyulun 1-də Bakı-Sumqayıt yolunda fəhələr açıq havada asfalt üzərində təmir-tikinti işləri aparıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG