Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

İstilər iyulun 4-nə kimi davam edəcək


Arxiv foto
Arxiv foto

İyunun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub küləyi ilə əvəz olunacağı təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-26, gündüz 35-40, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənir. Gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti iyulun 4-dək davam edəcək. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcə isti təşkil edəcək.

XS
SM
MD
LG