Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:57

Rusiyada pensiya islahatlarına etirazlar


Rusiya - Novosibirskdə pensiya islahatlarına qarşı etiraz, 26 iyun, 2018
Rusiya - Novosibirskdə pensiya islahatlarına qarşı etiraz, 26 iyun, 2018

Rusiyanın müxtəlif şəhərlərində hökumətin pensiya islahatlarına qarşı etirazlar keçirilməkdə davam edir.

İyulun 1-də Birobicanda da aksiya təşkil edilib. Etirazçılar pensiya yaşının tədricən qaldırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxışlar ediblər.

Bundan başqa onlar yanacağın bahalaşmasından narazıdırlar.

Yüzlərlə insan Lenin meydanına çıxıb "sosial soyqırıma son qoyulmasını" tələb ediblər.

Buna da bax: Putinin reytinqi kəskin düşüb

Aksiyaçılar "Ac pensiyaçı - dövlətin səviyyəsində rüsvayçılıqdır", "Pensiya islahatı - hakimiyyətin xalqın ürəyini nişan alıb açdığı atəşdir", "Dövlətə kömək et - pensiyaya çıxanacan öl!" kimi şüarlar qaldırıblar.

Kommunist Partiyasının yerli təşkilatının rəhbəri Vladimir Fişman mitinqdə deyib ki, pensiya islahatı qanunsuzdur, "çünki Konstitusiyada yazılıb ki, xalqın yaşayışını ağırlaşdıran qanunlar qəbul edilməməlidir".

Başqa bir ictimai fəal Vladimir Saxarovski həmkarlar ittifaqlarının tətil elan etməməsini "hakimiyyətlə əlbirlik" adlandırıb.

Bundan başqa o, hakim Vahid Rusiya Partiyasının pensiya islahatına dəstək üçün təşkil etdiyi aksiyaları "tamaşa" adlandırıb.

Müxalifət lideri Aleksey Navalnının tərəfdarları da Uzaq Şərqdə pensiya islahatına qarşı aksiya keçiriblər.

Yerli hakimiyyət orqanları ilə razılaşdırılmış aksiyalar Komsomolsk-na-Amure və Xabarovsk şəhərlərində təşkil edilib.

Vladivostokda mitinqə icazə verilməsə də, yüzlərlə adam küçələrə çıxıb.

Maqadanda da yüzəcən insan mitinq keçirib.

Rusiyada 2019-cu ildən başlayaraq pensiya yaşı tədricən artırılacaq, 2028-ci ilədək kişilər üçün 65, 2034-cü ilədək qadınlar üçün 63 olacaq.

Baş nazirin mitri Medvedevin sözlərincə, təqaüd yaşının tədricən artırılması “bizə inflyasiya ilə mübarizə və pensiyaların qaldırılması üçün əlavə maliyyədən istifadə imkanı verəcək”.

Hazırda Rusiyada kişilər üçün pensiya yaşı 60, qadınlar üçün 55-dir. Yəni, Rusiya dünyada ən aşağı pensiya yaşı olan ölkələrdəndir.

Rusiyada kişilər üçün orta ömür həddi 68-dir. Hökumətin proqnozlarına görə, 2024-cü ilədək kişilər üçün orta ömür uzunluğu 70, qadınlar üçün 80 olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG