Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Putinin reytinqi kəskin düşüb


Putinin şəkli
Putinin şəkli

Son həftələrdə Rusiya prezidenti Vladimir Putinin reytinqi kəskin düşüb.

Bu, sosioloji sorğuların nəticəsidir.

Hökumtətin nəzarətində olan İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin (ВЦИОМ) yaydığı rəqəmlərə görə, Putinə inam bir həftə ərzində - iyunun 10-dan 17-cən 5 faiz düşüb - 77 faizdən 72 faizə.

"İctimai rəy" Fondunun araşdırmasına görə isə, Putinə səs verməyə hazır olanların sayı bir həftə ərzində 62 faizdən 54 faizə enib.

Sosioloqlar deyir ki, bu göstəricilər 2013-cü ildəki - Krımın ilhaqından əvvəlki rəqəmlərə yaxındır.

Onların fikrincə, bu, hökumətin pensiya yaşını qaldırmaq planlarının təsirindəndir.

Həmin plan iyunun 14-də elan edilib. Putinlə yanaşı baş nazir Dmitri Medvedevin, hakim "Vahid Rusiya" Partiyasının da reytinqləri düşüb.

Buna da bax: 2024-cü ildən sonra da Putininin prezidentliyini istəyənlər çoxluq təşkil edir

Medvedevə etibar etməyənlərin sayı etibar edənlərin sayını keçib.

Dövlət Dumasına təqdim edilmiş qanun layihəsi pensiya yaşının tədricən qaldırılmasını nəzərdə tutur.

Plana görə, kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçünsə 63-ə qaldırılsın.

Bundan başqa hökumət əlavə dəyər vergisinin qaldırılması haqda düşünür.

Bunun nəticəsində ölkədə benzin bahalaşa bilər.

Bir neçə il əvvəl Putin bildirmişdi ki, nə qədər ki, o, hakimiyyətdədir, pensiya yaşı qaldırılmayacaq.

Amma bu günlərdə Kremlin sözçüsü Dmitri Peskob deyib ki, "həmin sözlərin deyilməsindən sonra ölkədə vəziyyət dəyişib."

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG