Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 10:33

Temperaturun 43 dərəcəyədək yüksələcəyi gözlənir


Illцstrasiya

İyulun 1-də Azərbaycan ərazisində isti və quru hava şəraitinin davam edəcəyi gözlənir Bakıda və Abşeron yarımadasında havanın temperaturunun +37+41 dərəcəyə yüksələcəyi təxmin edilir

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Departament bildirir ki, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraiti davam edəcək. Bu da əksər əhalidən ötrü əlverişsiz, meteohəssas insanlara risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür

Böyük Qafqaz regionunda havanın quru və isti olacağı, havanın temperaturuun +39+43, Cənub bölgəsində +36+41 dərəcə təşkil edəcəyi vurğulanır.

Aran rayonlarında havanın temperaturu +41+43, Naxçıvanda +37+42 dərəcə olmalıdır.

Həkimlər Bakı vaxtı ilə saat 11-dan 17-dək açıq havada olmamağı tövsiyə edir.

Azərbaycanın əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda, başqa iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Amma bu günlər Aran rayonlarında pambıq sahələrində belə işlərin davam etdirildiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG