Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 19:18

Racep Tayyip Erdogan prezident seçkisində qalib gəlib


Kimə səs verdiniz və seçkidən nə gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Kimə səs verdiniz və seçkidən nə gözləyirsiz?

Son məlumatlaqra görə Türkiyədə keçirilən prezident seçkisində indiki prezident Racep Tayyip Erdoganın 53 faiz səs topladığı bildirilir.

Türkiyə seçki şurası artıq səslərin 99 faizinin hesablandığını bildirir və qeyd edir ki, qalan səslər nəticələrə təsir göstərməyəcək.

İkinci yerdə isə 31 faiz səslə Muharrem İnce gelir.

O,əsas müxalifət hesab olunan “Cümhuriyyət Xalq Partiyası”-nın (CHP) namizədidir.

Parlament seçkisində də hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) qalib gəldiyi bildirilir.

AKP-nin 600 yerlik parlamentdə 42, onun müttəfiqi “Milliyətçi Hərəkat” partiyasının isə (MHP) 11 faiz səs topladığı bildirilir.

CHP parlament seçkisində 23,kürdpərəst “Xalq Demokrat” partiyası 11,”İyi” partiya isə 10 faiz səs toplayıb.

Rəsmi məlumata görə seçkidə seçicilərin 87 faizi iştirak edib.

--

Türkiyə prezidenti Recep Tayyip Erdoğan elan edib ki, prezident seçkilərinin elə birinci turunda qalib gələrək vəzifəsində qalıb.

Erdoğan həm də MHP ilə qurduğu alyansın parlament seçkilərində çoxluğa yiyələndiyini elan edib.

CHP bu cür məlumatların həqiqəti əks etdirmədiyini bildirir.

CHP-nin Ankaradakı qərargahı:

CHP-nin qərargahı - seçkidən sonra
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00

***

Türkiyənin Mərkəzi Seçki Komissiyası səsvermə nəticələrinin iyunun 24-də gecəyarısına qədər açıqlanacağını bildirib.

Anadolu agentliyinin (səhmlərinin 49 faizi dövlətə məxsusdur) yaydığı məlumata görəsə, səslərin 86 faizi sayılandan sonra rəsmi nəticələr belədir.

Prezident seçkiləri:

Recep Tayyip Erdoğanın 53,6,

CHP lideri Muharrem İncenin 30, 3,

Selahattin Demirtaş - 7,6,

Meral Akşener - 7,5

Parlament seçkiləri:

AK Parti - 43,3,

CHP - 22,2,

MHP- 11,4

HDP- 10,6,

İYİ Partinin 10,0

***

CHP-çilər səsvermə nəticələrinin elan olunmasını Ankarada partiyanın qərargaında izləyir.

***

CHP prezident seçkilərində iqtidar namizədi Erdoğanın 46, CHP namizədi İnce-ninsə 40 faiz səs aldığını iddia edir.

***

Anadolu agentliyi bildirir ki, prezident seçkilərində iqtidar namizədi Recep Tayyip Erdoğanın 58,1, CHP lideri Muharrem İncenin 27, 5 səs topladığı deyilir. Sonrakı yerlər: Meral Akşener - 7,6, Selahattin Demirtaş - 5,8.

Parlament seçkilərində hakim AK Partinin 52, 73, CHP-nin 19,1, HDP-nin 11,51, MHP-nin 9,23, İYİ Partinin 4,81 faiz səs topladığı bildirilir.

Bu, səslərin 13,2 faizinin hesablanmasından sonrakı rəsmi nəticədir.

Muharrem İnce öz Facebook hesabında Anadolu agentliyinin yaydığı nəticələrə etirazını bildirib, CHP-nin öz hesablamalarının nəticələrini açıqlayacağını yazıb.

***

CHP namizədi Muharrem İnce Facebook hesabında hökumət mediasını, xüsusən Anadolu agentliyini seçki nəticələri haqda yanlış məlumat aymaqda suçlayıb.

Türkiyənin Mərkəzi Seçki Komissiyası səsvermə nəticələrinin iyunun 24-də saat gecəyarısına qədər açıqlanacağını bildirib.

***

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri başa çatıb.

Anadolu agentliyi ədliyyə naziri Əbdülhəmid Gülə istinadla xəbər verir ki, səsvermə zamanı ciddi insidentlər olmayıb. Hazırkı dövlət başçısı, hakim partiyanın namizədi də bunu bildirib.

Amma müxalifət seçki saxtakarlıqlarının olduğunu deyir. Ölkənin cənub şərqində qutuya top bülleten atılması ilə bağlı iddialar var.

Kılıçdaroğlu seçki zamanı baş verənlərdən narahatlığını bildirir (Reuters)
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

CHP namizədi Muharrem İnce-nin Facebook-da yazdıqlarından.

***

Müxalifət namizədləri Muharrem İnce və Meral Akşenerin ardınca iqtidarın namizədi, hazırkı prezident Recep Tayyip Erdoğan da səs verib.

Səsvermə məntəqəsinə həyat yoldaşı Emine Erdoğan, kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, qızı Esra Albayrak və nəvələri ilə birlikdə gəlib.

Erdoğan "Bu seçimlə birlikdə Türkiyə bir demokratik inqilab gerçəkləşdirir" deyib.

Muharrem İnce və Meral Akşener səs verdilər [Reuters]
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Erdoğan səs verir (Reuters)
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

***

İstanbul valisi Vasip Şahin bildirib ki, İstanbulda seçkinin təhlükəsizliyini 40 minəcən polis və 6 min jandarm təmin edir.

Onun sözlərinə görə, hələ ki, polis hansısa problemin şahidi olmayıb.

***

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Artıq səsvermə məntəqələri açılıb.

Prezident Recep Tayyip Erdogan və onun Ədalət və İnkişaf Partiyası son 14 ildə ən çətin seçkilərə gedir.

Rəy sorğuları iqtidarın seçkinin birinci turunda inamlı qələbə qazanmaya biləcəinə işarə edir.

2003-cü ildə hakimiyyətə gələndən bəri Erdoğan davamlı iqtisadi inkişafa nail olsa da, ölkədə insan haqları sahəsində ciddi geriləmələr baş verib.

Xüsusən də 2016-cı ildəki dövlət çevrilişinə cəhddən sonra ölkədə onminlərlə insan həbs edilib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları düşünür ki, həmin şəxslərin ümumiyyətlə çevriliş cəhdi ilə əlaqəsi yoxdur və Erdoğan sadəcə, çevriliş cəhdindən istifadə edərək siyasi rəqiblərindən və müstəqil mediadan qisas alır.

Ölkədə səsvermə hüququ olan 59 milyon insan var.

Erdoğan keçən il referendum vasitəsilə ölkə konstitusiyasına dəyişiklik edilməsinə nail olub.

Bu o deməkdir ki, Türkiyə parlament üsul-idarəsindən prezident idarəçiliyinə keçir və kimin seçilməsindən asılı olmayaraq bu, ölkənin siyasi həyatına ciddi təsir edəcək.

Prezidentə çox böyük səlahiyyətlər verilib.

Seçkilərə son dövrlərin iqtisadi problemlərinin də təsir edəcəyi gözlənir.

Son zamanlar türk lirəsi dollara nisbətdə xeyli dəyərdən düşüb. Bank faizləri yüksəlib.

İlk dəfə olaraq müxalifətin böyük bir kəsimi Erdoğanın əleyhinədir.

Amma müxalifətdən bir neçə namizədin verilməsi narazı elektoratın səsinin parçalanmasına səbəb ola bilər.

Erdoğan bundan yalnız uda bilər.

Amma son günlərin mitinqləri göstərdi ki, müxalifət namizədləri yetərincə gücləniblər. Onlar öz mitinqlərinə milyonlarla insan çıxara bildilər.

Əgər kimsə prezident seçkilərində 50 faizdən çox səs qazanmasa iyulun 8-də ikinci tur keçiriləcək.

CNN yazır ki, əgər belə olsa, Erdoğan ikinci turda CHP namizədi Muharrem İnce ilə qarşılaşacaq.

Keçmiş universitet müəllimi olan İnce son aylar Türkiyə siyasətinə bir dinamiklik gətirib və İstanbuldakı son mitinqinə müxtəlif məlumatlara görə 5 milyona qədər insan toplaya bilib.

Rəy sorğuları İYİ Parti-nin namizədi Meral Akşenerin üçüncü yeri tuta bilməsinə işarə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG