Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 12:45

“ATƏT Ermənistan, Gürcüstan, Azərbaycan cəmiyyətlərinə fayda vermək və bütün sahələrdə təhlükəsizliyi təmin etmək üçün bu ölkələrlə əlaqələri gücləndirməyə çalışır”.

ATƏT ölkələrinin 24 daimi nümayəndəsindən ibarət heyətin Ermənistan, Gürcüstan və Azərbaycana səfərinin yekunları ilə bağlı bəyanatımda belə bildirilir. Bəyanatı qurumun saytı yayıb.

Bəyanatda vurğulanır ki, səfirlər Yerevanda, Tbilisidə və Bakıda hökumət, parlament üzvləri, siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlar zamanı təhlükəsizlik, münaqişələrin həlli məsələlərinə və bu yaxınlarda baş verən siyasi proseslərə xüsusi diqqət yetirilib.

Səfirlər Azərbaycanda xarici işlər nazirinin müavini Mahmud Quliyevlə, habelə parlament üzvləri, o cümlədən parlamentin sədr müavini Bahar Muradova ilə, baş nazir Novruz Məmmədovla görüşüblər.

Fransa səfiri Veronika Rocer-Lakan qrupun birgə mesajlarını çatdıraraq, "ATƏT-in ümumi təhlükəsizlik məqsədilə əməkdaşlığın genişləndirilməsinə dəstəyini" qeyd edib.

“Bizim məqsədimiz etimadı möhkəmləndirməkdən və ölkələrin ATƏT-lə qarşılıqlı fəaliyyətini fəallaşdırmaq istəyimizi vurğulamaqdan ibarət idi”, ATƏT Daimi Şurasının sədri Alessandro Azzoni bildirib.

Xatırlatma

ATƏT-in iştirakçısı olan ölkələrin 24 daimi nümayəndəsindən ibarət nümayəndə heyəti iyunun 18-dən 22-nə qədər Ermənistana, Gürcüstana və Azərbaycandə səfərdə olublar.

Bu tip səfərlər son bir neçə il ərzində bu formatda ilk dəfə həyata keçirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG